Azərbaycanın nüfuzlu bank rəhbərlərindən hesab olunan cənab Yunis İldırımzadə, Bankın təsisçisi kimi, yarandığı gündən onun sürətli inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 10 il müxtəlif dövlət strukturlarında fəaliyyət göstərmişdir. Bu sahədə son olaraq Azərbaycan Dövlət Yanacaq Komitəsində rəhbər vəzifələrin birində çalışmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra fəal olaraq özəl bank sektoruna qoşulmuşdur. 1993-cü ildən “Amrahbank”ın Müşahidə Şurasının Sədridir. Təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında almışdır.
Tel.: +99412987
e-mail: info@amrahbank.az |
Beynəlxalq hüquq şirkəti olan “Dentons”-da 20 illik təcrübəyə malikdir. K. Məmmədzadənin korporativ, özəlləşdirmə, bankçılıq, qiymətli kağızlar hüququ sahələri üzrə geniş təcrübəsi var. Onun işi müəssisələrin idarə edilməsi, korporativ idarəetmə, müqavilələrin hazırlanması, xarici investisiyalar, maliyyələşdirmə və digər sahələr üzrə məsləhət xidmətlərini birləşdirir. Kamal Məmmədzadə ali təhsilini Azərbaycanda “Xəzər Universiteti” (Beynəlxalq Münasibətlər üzrə bakalavr, Hüquq üzrə magistr dərəcələri), Böyük Britaniyanın “Mançester Universiteti” (Beynəlxalq Biznes Hüququ üzrə fərqlənmə ilə magistr dərəcəsi) və ABŞ-ın “Corc Meyson Universiteti”-ndə (Münaqişələrin təhlili və həlli sahəsi) almışdır. Korporativ, bank və maliyyə hüququ üzrə c-b Məmmədzadənin son iş təcrübəsinə Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin aparıcı maliyyə qurumları ilə əməkdaşlıq da daxildir.
Tel.: +99412987
e-mail: info@amrahbank.az |