Cash by Code xidməti banka müraciət etmədən və bank kartından istifadə etmədən xüsusi kod vasitəsilə pul vəsaitlərinin bankomatdan alınması imkanını yaradır.

Bu xidmətdən istifadə edərək müştərilər günün istənilən vaxtı nağd pul vəsaitlərini köçürə və ala bilərlər. Əməliyyat yalnız Azərikard prosessinq mərkəzi ilə işləyən bankların ATM-lərində aparıla bilər. Əməliyyatın valyutası AZN və USD ola bilər.

Cash by Code üzrə xidmət haqları aşağıdakı kimidir:

  • Köçürməyə görə xidmət haqqı – 0.5% (min. 0.50 AZN, 0.70$)
  • Konvertasiya – 4.0 %

Nağd vəsaitin alınması:

  • Amrahbank ASC-nin ATM-lərindən – 1% (min. 0.80 AZN, 1.00 USD)
  • Digər ATM-lərdən – 1.5% (min. 1.60 AZN, 2.00 USD)

*Qeyd: Müvafiq xidmət haqları göndərən müştəridən tutulur.

Cash by Code vasitəsilə köçürmənin minimal məbləği – 10.00 AZN/USD, maksimal məbləği 1000.00 AZN/USD təşkil edir.

 

Cash by Code vasitəsilə pulun göndərilməsi qaydası:

  • Kart bankomata daxil edilir və açılmış menyuda müvafiq dil seçilir
  • PIN-kod yığılır və açılan menyuda “Cash by Code” bəndi seçilir
  • Açılmış menyuda “Pulu Göndər” bəndi seçilir
  • Növbəti mərhələdə köçürməni alan şəxsin mobil telefon nömrəsi 2 dəfə daxil edilir
  • Köçürmənin valyutası və məbləği daxil edilir
  • Bankomat 2 hissədən ibarət olan kod formalaşdırır. Birinci hissə qəbz formasındaçap edilir və göndərən şəxsdə qalır (qəbzin üzərindəki kod mütləq alan şəxsə bildirilməlidir), ikinci hissə köçürməni alan şəxsin mobil telefonuna SMS vasitəsilə göndərilir.

Cash by Code vasitəsilə pulun alınması qaydası:

  • "Cash by Code" xidməti vasitəsilə köçürməni almaq üçün bankomatın sağ yuxarı tərəfindəki düymədən istifadə olunaraq “Cash by Code” bəndi seçilməlidir
  • Açılan pəncərədə əvvəlcə pul göndərən şəxsin verdiyi kod, sonra isə SMS vasitəsilə gələn kod daxil edilir. Əməliyyatın təsdiqlənməsi üçün menyunun müvafiq pəncərələrində gözlənilən pul köçürməsinin valyutası və məbləği daxil edilir. Göstərilən bütün məlumatlar (kod, valyuta və köçürmə məbləği) düzgündürsə, bankomat müvafiq məbləği verəcəkdir.

Kod 24 saat ərzində aktiv olur. 24 saat ərzində pul alınmazsa, vəsait köçürməni göndərən şəxsin hesabına avtomatik olaraq geri qaytarılır.  

Cari hesablara xidmət
Kreditlər
   İstehlak kreditləri
   Biznes kreditləri
Plastik kartlar
   Tariflər
   Yubiley kartları
   Fankart
   İnternet-bank
   SMS-xəbərdarlıq
   Mobil bank
   Card-to-card
   Visa ilə imtiyazlar dünyası
   Cash by Code
   PIN Change
   3D Secure xidməti
   MasterCardMoneySend
   POS Credit xidməti
Depozitlər
   Lider əmanəti
   Güvən əmanəti
Təcili pul köçürmələri
Seyflərin icarəsi
FATCA
Axtarış