|
Baş səhifə / Fiziki şəxslərə / Plastik kartlar |
Amrahbank Sizə “İnternet-bank” xidmətini təklif edir.
"İnternet-bank" nədir?
Bu xidmətdən istifadə etməklə Siz vaxtınıza və pulunuza qənaət edərək, real vaxt rejimində günün 24 saatı öz kart və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
• Plastik kart hesabınızın balansının yoxlanılması;
• Kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
• Kartınız ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
• İstənilən təqvim ayı üçün kart üzrə çıxarışın tərtib edilməsi;
• Kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;
• Mobil telefon rabitəsindən istifadə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile, Azerfon-Vodafon);
• "Card-to-Card" xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;
• İnternet (ADSL) xidmətlərinin ödənilməsi (Azeronline, Elcell və Alfanet);
• Stasionar rabitə haqlarının ödənilməsi (Aztelekom, Azeurotel ); .
• Kartın bloklaşdırılması-əgər kartınız itərsə və ya oğurlanarsa bu xidmətdən istifadə etməklə Siz dərhal kartınızı özünüz bloklaşdıra bilərsiniz.
"İnternet-bank" sisteminin istifadəçisi olmaq üçün nə etmək lazımdır?
"İnternet-bank" istifadəçilərinə ATM şəbəkəsindən, həmçinin, İnternet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə edərək, Banka müraciət etmədən "Internet Banking" sisteminə qoşulmaq imkanı yaradılmışdır.
"İnternet-bank" sistemi nə dərəcədə təhlükəsizdir?
"İnternet-bank" sistemi yüksək səviyyədə müdafiə olunur:
• "İnternet-bank" da bütün ötürülən məlumat şifrlənir.
• İstifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir.
• "İnternet-bank" sistemində yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik parollardan istifadə olunur.
"İnternet-bank" sisteminin istifadə qaydalarını buradan yükləyə bilərsiniz.
"İnternet-bank"a daxil olmaq
|
|
|