Bəzi hallarda sadəcə olaraq bir kredit məhsulu şirkətin irəli sürdüyü şərtlərə cavab vermiş olmur. Belə halda şirkətə məhz onun maraqlarına və tələblərinə uyğunlaşdırılmış bir məhsul təqdim olunmalıdır.

Strukturlaşdırılmış maliyyələşdirmə əqdləri üzrə xidmət fəaliyyətlərində müəyyən inkişafa nail olmuş özəl və dövlət müəssisələrinə təqdim oluna bilər. Bunun nəticəsində hər hansı mənfəətli kommersiya fəaliyyəti, misal üçün standart Bank krediti çərçivəsindən kənara çıxaraq müvafiq layihələrin səmərəli surətdə təkrar maliyyələşdirilməsi və itki risklərini azaltmaq üçün istifadə oluna bilər.

"Amrahbank"ın bölgədəki yüksək nüfuzunu, beynəlxalq maliyyə qurumları, fond və təşkilatlar ilə yaratdığımız tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, əminik ki, Bizim Bank Sizin müəssisənizin ən xüsusi tələb və şərtlərinə belə cavab verən xidmət və məhsulları təqdim etmək iqtidarındadır.

Bizim Bankın mütəxəssisləri layihələrin, ticarətin maliyyələşdirilməsi və qiymətli kağızlar bazarı üzrə çox illik təcrübəyə malik olmaqla, müştərilərə onların Banka ilk gəlişlərindən başlayaraq vəsaitlərin alınması üçün sonuncu ərizə təqdim olunana qədər məsləhət və tövsiyyələrini təqdim edirlər.

Amrahbank  Azərbaycan və Qazaxıstan ərazilərində "Gulf Finance House B.S.C." şirkətinin məhsullarının distribütoru kimi çıxış etmək hüququnu əldə etmişdir. Bu xüsusi ortaqlıq münasibəti Bizə yalnız ən çətin layihələr üçün deyil, həmçinin  müxtəlif miqyaslı layihələr üçün də müştərilərin maliyyələşdirmə üzrə tələbatını ödəmək imkanını yaradır.

Biz maliyyələşdirmələrin mənbələri, qiymətləri, istifadə şərtləri, maliyyələşdirilən aktiv və əməliyyatlar və digər istiqamətlər üzrə operativ qaydada çalışırıq. Strukturlaşdırılmış maliyyələşdirmə əqdləri  Bizə  Sizin kommersiya fəaliyyətinizin ən incə məqamlarını belə öyrənməyə imkan verir ki, nəticədə  hər bir tərəf qarşılıqlı surətdə uzun müddətli,   əlverişli münasibətlər qurmaq üçün şərait əldə etmiş olur. Bu xidmətlər üzrə  isə "Amrahbank"ın tarif və faizləri müştərilər üçün çox əlverişli hesab oluna bilər (standart tarif və qiymətlər üzrə məlumat ilə tanış olmaq üçün bu bölməyə müraciət edə bilərsiniz).
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış