Fəaliyyətinizdə belə məqam yarana bilər ki, müəssisəniz böyük məbləğdə gəlir gətirsin, lakin həmin pulların istifadəsiz qalması səbəbindən Siz hər hansı qazanc əldə etmək imkanından məhrum olasınız. Bu halda, kommersiya maraqlarınızın qorunması nöqteyi nəzərindən, həmin vəsaitləri istifadəsiz saxlamaqdansa, onları müəyyən müddət üçün Bankımızda əmanət kimi yerləşdirə bilərsiniz. Müddətli əmanətlər üçün təklif edilən faiz dərəcəsi müştəri ilə əldə olunan razılaşmaya əsasən müəyyən edilir. |