İldırımzadə Yunis Əli oğlu
Müşahidə Şurasının Sədri

Azərbaycanın nüfuzlu bank rəhbərlərindən hesab olunan cənab Yunis İldırımzadə, Bankın təsisçisi kimi, yarandığı gündən onun sürətli inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 10 il müxtəlif dövlət strukturlarında fəaliyyət göstərmişdir. Bu sahədə son olaraq Azərbaycan Dövlət Yanacaq Komitəsində rəhbər vəzifələrin birində çalışmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra fəal olaraq özəl bank sektoruna qoşulmuşdur. 1993-cü ildən “Amrahbank”ın Müşahidə Şurasının Sədridir. Təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında almışdır.

Tel.: +99412987

e-mail: info@amrahbank.az

Məmmədzadə Kamal Rauf oğlu
Müşahidə Şurasının Üzvü

Beynəlxalq hüquq şirkəti olan “Dentons”-da 20 illik təcrübəyə malikdir. K. Məmmədzadənin korporativ, özəlləşdirmə, bankçılıq, qiymətli kağızlar hüququ sahələri üzrə geniş təcrübəsi var. Onun işi müəssisələrin idarə edilməsi, korporativ idarəetmə, müqavilələrin hazırlanması, xarici investisiyalar, maliyyələşdirmə və digər sahələr üzrə məsləhət xidmətlərini birləşdirir. Kamal Məmmədzadə ali təhsilini Azərbaycanda “Xəzər Universiteti” (Beynəlxalq Münasibətlər üzrə bakalavr, Hüquq üzrə magistr dərəcələri), Böyük Britaniyanın “Mançester Universiteti” (Beynəlxalq Biznes Hüququ üzrə fərqlənmə ilə magistr dərəcəsi) və ABŞ-ın “Corc Meyson Universiteti”-ndə (Münaqişələrin təhlili və həlli sahəsi) almışdır. Korporativ, bank və maliyyə hüququ üzrə c-b Məmmədzadənin son iş təcrübəsinə Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin aparıcı maliyyə qurumları ilə əməkdaşlıq da daxildir.

Tel.: +99412987

e-mail: info@amrahbank.az

Hüseynov Fazil Kamil oğlu
Müşahidə Şurasının Üzvü

Fazil Hüseynov 26 ildən artıq bank təcrübəsinə malikdir. Fazil Hüseynov bankın maliyyə idarəçilik, iqtisadi idarəçilik siyasətinin müəyyən olunması və digər sahələrində əsas rol oynamışdır. Azərbaycan Neft Akademiyasının məzunudur.

Tel.: +99412987

e-mail: info@amrahbank.az

Ümumi məlumat
Təşkilati struktur
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsi
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış