“Amrahbank”ın uğurları davam edir
İngiltərədə fəaliyyət göstərən, maliyyə məsələləri üzrə ixtisaslaşmış “Global Banking and Finance Review” nəşriyyat qrupu 2014-cü ildə “Amrahbank”ı “Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə  Azərbaycanın ən sürətlə inkişaf edən bankı” elan etdi.
Kiçik və orta sahibkarlıq bazarında iştirak payını möhkəmləndirmək, bu seqmentdə müştərilərinə yararlı olmaq son illərdə “Amrahbank”ın qəbul etdiyi strateji hədəflərindən biridir.
Kredit strategiyası üzrə hədəflərinə yeni yanaşma nümayiş etdirmiş Amrahbank, son illərdə kredit resurslarını kiçik və orta sahibkarlığın inkişafına yönəltmiş və bu  istiqamətdə yüksək nəticələr əldə etmişdir.
Təkcə onu demək kifayətdir ki, 2013-cü ilin kredit portfelində mikro-kiçik-orta sahibkarlara verilən kreditlərin həcmi 2012-ci illə müqayisədə  2 dəfədən çox olmuşdur.
Məlumat üçün bildiririk ki, İngiltərədə fəaliyyət göstərən “Global Banking and Finance Review” qrupunun internet portalının illik 200 ölkədən olan 1 milyodan  çox oxucusu vardır.  Portalın  statistik məlumatlarına görə illik vebsəhifəni nəzərdən keçirilənlərin sayı- 4.2 milyondur. 2013-cü ildə Azərbaycandan portal 4063 dəfə ziyarət olunmuşdur.
Mükafat alan banklar haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış