Amrahbank “Bankın uğurlu inkişaf strategiyasına” görə “Uğur” Milli Mükafatı ilə təltif olundu.
   

İyunun 4-də "Jumeirah Bilgah Beach" otelində milli iqtisadiyyatımızın müxtəlif sahələrində öz töhfələrini verən şirkətlərin “Ugur” milli mükafatı ilə təqdim olunma mərasimi keçirildi.

Sevindirici haldır ki, “Amrahbank” ASC-də “Bankın uğurlu inkişaf strategiyası” nominasiyası üzrə bu mükafata layiq görüldü.

Mükafat “Amrahbank”ın İdarə Heyətinin üzvü  cənab Vüsal Musayevə təqdim olundu. Cənab Vüsal  Musayev öz çıxışında öncə “Ugur” mükafatının Təşkilat Komitəsinə öz təşəkkürünü bildirdi, bu uğurda iştirak edən, Bankın nailiyyətlərinin memarı olan əməkdaşlarına, xüsusilə “Amrahank”ın Müşahidə Şurasının Sədri Cənab Yunis İldırımzadəyə, İdarə Heyətinin Sədri vəzifəsini icra edən cənab Emil Həsənova  öz minnətdarlığını bildirdi: “Bankın fəth etdiyi bu zirvə onun əməkdaşlarının əməyi və müştərilərinin banka olan inamı sayəsində mümkün olub. Amrahbank qarşıdakı illərdə də inkişaf strategiyasının tələblərinə uyğun öz xidmətlərini yüksək səviyyədə göstərməyə davam edəcəkdir”. 

 
Qeyd edək ki, "Uğur" Milli Mükafatı 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır. Ölkədə sahibkarlığın və işgüzar mühitin inkişafına, şirkət və qurumların nüfuzunun yüksəlməsinə, korporativ sektorda rəqabətin artmasına xidmət edən bir təsisat kimi tanınan "Uğur" Milli Mükafatı hər il təqdim olunur.









Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış