Amrahbank qəbul edir ki, biznesdə əsas varlıq pul deyil, insanlardır. Bunun nəticəsində, Biz çalışırıq ki, Bankımıza ən bacarıqlı peşəkarları cəlb edək və bundan sonra həmin işçilərin peşə inkişafına vaxt və vəsaitlərimizi sərf edək.

Təbiidir ki, "Amrahbank"ın gələcək uğurları Bizim nə qədər müasir ola biləcəyimizdən, müştərilərimiz qarşısında dura biləcək suallara hansı həll yollarını təqdim etmək iqtidarında olmağımızdan asılıdır. Biz həmçinin anlayırıq ki, yenilik və müasirlik Bank daxilində hər bir səviyyəyə xas olmalıdır – bunu yalnız rəhbərliyə aid etmək lazım deyil. Bunu nəzərə alaraq, Biz Bankda elə bir idarəçilik strukturu yaratmağa çalışmışıq ki, hər bir kəsin səsi eşidilə və dəyərləndirilib qiymətləndirilə bilsin.

Amrahbank elə bir təşkilatdır ki, burada hər bir kəs özünün işə yanaşması, bilik, bacarıq və təcrübəsinə əsasən dəyərləndirilir və Biz hər zaman çalışacağıq ki, Bizimlə çalışan insanlar sadəcə olaraq müəyyən vaxt ərzində Bankda çalışdıqdan sonra deyil, növbəti pilləyə qalxmağa hazır və qadir olduqda irəli çəkilsinlər.

"Amrahbank"da karyera sadəcə bir iş yerinə bağlılıq deyil və bunu nəzərə alaraq Biz hər zaman çalışırıq elə mühit yaradaq ki, insanlar onlara olan hörmət, qayğı, diqqət və qiyməti duya bilsinlər. Əmək haqqına əlavə olaraq işlərindəki müvəffəqiyyətlər üçün işçilərimizə mükafatlar ödənilir. Bundan başqa işçilərə bəzi digər imtiyazlar – pulsuz tibbi sığorta, müxtəlif idman obyektlərindən istifadə imkanları, təhsil üçün maliyyə yardımı və s.təqdim olunur.

"Amrahbank"a gələn hər bir kəsə peşə inkişafı planı verilir və həmin planda işçi üçün nəzərdə tutulan peşə təlimi tədbirləri, işçidən gözlənilən çalışma səviyyəsi və Bankda karyera inkişafına nail olmaq üçün işçinin əməl etməli, yerinə yetirməli olduğu tələblər təsvir olunur. Bu inkişaf planı hər bir işçi üçün ayrıca tərtib olunaraq daima təhlil olunur. Bankın özünün, habelə kənardan dəvət edilən mütəxəssislərin köməkliyi ilə təqdim olunan peşə təlimləri daimi karyera inkişafı üçün mühüm bir amildir.

Amrahbank bütün işçilərinə eyni mövqedən yanaşır və fərdin cinsi, irqi, yaşı, dini etiqadı və ya siyasi baxışlarına istinadən ayrı-seçkiliyə yol vermir.

Hesab edirsiniz ki, Amrahbank üçün dəyərli bir işçi ola bilərsiniz? Bilik və bacarıqlarınızdan Bankın, onun işinin, müştərilərinin xeyrinə istifadə edə bilərsiniz? Belədirsə, Bankda mövcud olan boş iş yerlərinin siyahısını nəzərdən keçirin və Sizə uyğun olan vəzifəyə müraciətinizi aşağıda verilmiş məlumatlardan istifadə etməklə Bizə təqdim edə bilərsiniz.
 

Ad Soyad
Telefon
E-mail
Vakansiya
Rezüme
 
 
Mənim uğurlu karyeram
Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış