Amrahbank ASC kart sahiblərinə uduşlu lotereyada iştirak etmək şansı verir. Belə ki, “Amrahbank”ın kart sahibləri 1 fevral 2019-cu il tarixindən başlayaraq Mərkəzi Bankın “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyasında iştirak edə bilərlər.

Lotereyada iştirak etmək üçün kart sahiblərinin təsərrüfat subyektlərində (mağaza, restoran və s.) POS-terminallar  vasitəsilə 5 manat məbləğindən başlayaraq nağdsız əməliyyat aparılması şərtdir. Aksiya 30 aprel 2019-cu il tarixinədək davam edəcəkdir. Lotereyanın 50 manat məbləğində hesablanan uduş məbləği isə kart sahibinin bank hesabına “cashback” şəklində daxil ediləcəkdir.

Məlumat üçün bildiririk ki, korporativ kartlarla edilən əməliyyatlara, ləğv edilmiş əməliyyatlara, istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlara, elektron ticarət əməliyyatlarına  lotereyada iştirak hüququ verilmir.

Ödənişlərinizi “Amrahbank”ın plastik kartları ilə aparın və uduşlu lotereyada iştirak edin!

Kampaniyanın müddəti: 01.02.2019-30.04.2019

 

Kartla ödə, kartla qazan
Mastercard Priceless Specials
Visa ilə imtiyazlar dünyası
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru